Nazarbayev Qələbə münasibətilə İlham Əliyevi təbrik etdi
Bundan əlavə, N. Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu qeyd edib.
O, budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək, “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif edib. Nazarbayev Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə də toxunub: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər-bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.
Azvision.az
Teqlər: Nazarbayev Prezident Təbrik







Vaxtında, Aydın, Lazımlı!


