Badamdardakı sürüşmənin səbəbləri açıqlandı

   Badamdardakı sürüşmənin səbəbləri açıqlandı
  01 Aprel 2021    Oxunub:1561
Bakı şəhəri, Badamdar sahəsində sürüşməyə səbəb orta hissədə, ikinci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.

Onun sözlərinə görə, drenaj quyularının hazır olmasına baxmayaraq uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb:

"Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində 2-ci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evlərinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur. Geniş tədqiqat və layihələndirmə üzrə işlər tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Badamdar   Sürüşmə  






Xəbər lenti