Almaniyadan 32 nəfər Azərbaycana geri qaytarıldı - RƏSMİ
31 nəfər Azərbaycan vətəndaşı ailələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar. Readmissiya olunan şəxslərdən biri qalmağa yeri olmadığından, yaşayış yeri ilə təmin olunmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Şəxsin müraciəti müsbət həllini tapıb. O, Xidmətin Bakı şəhərindəki müvafiq saxlama mərkəzində müvəqqəti yerləşdirilib. Bu gün isə həmin şəxs yaxın qohumları tərəfindən yaşayış yeri ilə təmin olunub.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər görür.
Azvision.az
Teqlər: Almaniya Readmissiya Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


