Lavrov bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcək

Lavrov bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcək
  01 Aprel 2021    Oxunub:2513
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ara Ayvazyanla görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Lavrov nazirlərlə ayrı-ayrılıqda görüşlər zamanı ikitərəfli əməkdaşlıq, Qarabağdakı vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsini müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Nazir   Görüş  





Xəbər lenti