Erməni əsgər valideynləri: Övladlarımızı Qarabağdan çıxarın!

 Erməni əsgər valideynləri:  Övladlarımızı Qarabağdan çıxarın!
  02 Aprel 2021    Oxunub:4811
Ermənistanda övladları Qarabağda qanunsuz xidmət edən əsgər valideynləri yenidən hökumət binası qarşısında etiraz aksiyası keçirir.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, onlar övladlarının dərhal Qarabağdan çıxarılmasını tələb edirlər.

Aksiya iştirakçılarından biri Asya Voskanyan deyib ki, valideynlər çağırışçılara diqqət göstərilməsini, xidmət müddətinin qısaldılmasını, onların Qarabağdan çıxarılmasını istəyirlər.

Əsgər anası Asmik Tovmasyan bildirib ki, müharibədə iştirak edənlərə qarşı insani münasibət, əsgərlərə lazımi tibbi yardım göstərilməsi vacibdir. Onların əsas tələblərindən biri də məhz budur.

Valideynlər hökumət nümayəndələri ilə görüşdə müharibədən sonra əsgərlərin psixoloqların köməyinə ehtiyac duyduqlarını, bununla bağlı dəfələrlə məsələ qaldırdıqlarını söyləyiblər.

"Neçə aydır ki, bu məsələləri qaldırırıq, amma heç kim uşaqlara kömək etmir", - əsgər anası vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  






Xəbər lenti