Gürcüstandan 2 nəfər Azərbaycana ekstradisiya edildi
Belə ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Türkiyə Respublikasının vətəndaşı Avcı Əmrahın – 31.12.2019-cu il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Abşeron rayonu Digah qəsəbəsində yerləşən Aytən Hüseynovaya məxsus fərdi yaşayış evindən ümumilikdə 547 min manat dəyərində xüsusi ilə külli miqdarda qızıl-zinət əşyalarını oğurlamasına; Daşkəsən rayon Polis Şöbəsinin İstintaq bölməsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynli Elxan Saleh oğlunun– 03.08.2016-cı il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə Səbuhi Hətəmova qarşı quldurluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya ediliblər.
Azvision.az
Teqlər: Baş-Prokurorluq







Vaxtında, Aydın, Lazımlı!


