Reabilitasiya vasitələri ilə təminat sistemi təkmilləşdirilir
Görüşdə əlilliyi olan şəxslərin Prezident İlham Əliyevin xüsusi qayğısının nəticəsi olaraq reabilitasiya vasitələri ilə təminatının daim gücləndirildiyi vurğulanıb. Reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün əlavə edildiyi, hazırda həmin siyahıda reabilitasiya vasitələri növlərinin 60-a yaxın olduğu qeyd edilib. Ölkəmizdə yüksək texnologiyalı protezlərlə və mühərrikli təkərli oturacaqla təminat proqramlarına başlandığı diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanda əlillik sahəsində aparılan islahatlar da qeyd olunub. Bu islahatlarda nazirliklə ÜST arasında əməkdaşlıq əlaqələrindən bəhs edilib. Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində ÜST ilə əməkdaşlığı nəzərdə tutan yeni layihə barədə məlumat verilib.
Bildirilib ki, 2021-ci ili əhatə edən layihə köməkçi texnologiyalar (reabilitasiya vasitələri) üzrə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatların keçirilməsi işlərini nəzərdə tutur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələri növlərinin siyahısının daha da genişləndirilməsi üçün təkliflər hazırlanacaq.
Görüşdə layihə üzrə aparılacaq işlər barədə maraqlı tərəflərə ətraflı məlumatlar verilib, rəy və təkliflər səsləndirilib.
Azvision.az
Teqlər: ƏƏSMN







Vaxtında, Aydın, Lazımlı!


