“Yaralıların tezliklə sağalması üçün əlimizdən gələni edirik” - Firuddin Nəbiyev

 “Yaralıların tezliklə sağalması üçün əlimizdən gələni edirik” -    Firuddin Nəbiyev
  03 Aprel 2021    Oxunub:4092
Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti, həkim heyəti də səfərbər olub.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.

Polkovnik bildirib ki, Vətən müharibəsində şəhidlərimiz və yaralılarımız olub:

"Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".

Azvision.az


Teqlər: Vətən-müharibəsi   Həkim   Hərbçi  






Xəbər lenti