“Qazilərimizin müalicəsində hər hansı problem yoxdur”

 “Qazilərimizin müalicəsində hər hansı problem yoxdur”
  03 Aprel 2021    Oxunub:3061
Səhiyyə Nazirliyinin, TƏBİB-in tabeliyində tibb müəssisələri var və ordudan tərxis olunmuş yaralılar, qazilər yaşadıqları yer üzrə həmin tibb müəssisələrinə müraciət edə bilərlər.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.

Onun sözlərinə görə, yaralı və qazilərin TƏBİB və Səhiyyə Nazirliyinin tibb müəssisələrində müalicəsi ilə bağlı hər hansı problem yoxdur.

"Hazırda ölkədəki bütün xəstəxanalar icbari tibbi sığorta sistemi çərçivəsində fəaliyyət göstərir. Eyni zamanda qazilərimizə ölkəmizdə xüsusi diqqət var və onların müalicəsində hər hansı problem yoxdur. Belə yaralı və qazilərin dərmanla təchizatında da hər hansı problem yoxdur. Tərxis olunmuş hərbi qulluqçuların bütün tibbi təminatı müraciət edilən xəstəxanalar tərəfindən təmin olunur”.

Azvision.az


Teqlər: MN   Tibb   Qazi  






Xəbər lenti