“Qazilər hospitallarda müalicə olunmaq istəyirlər” - Polkovnik
F.Nəbiyev bildirib ki, belə qazilərin sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir: "Hazırda tərxis olunmayan qazilərin bəzilərinə evdə məzuniyyət verilib. Məsələn, ayağında, qolunda, sümüklərində qırıqlar olan və evdə ailələrinin qayğısı ilə daha yaxşı müalicə olunmaq istəyən qazilərə 30, 45, bəzən 60 gün məzuniyyət verilir. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı bizim üzərimizdədir və onların dərmanları verilir".
"Tərxis olunan qazilərin dərman təminatını isə biz həyata keçirə bilmirik. Yüksək rütbəli zabit və gizirlər, habelə müəyyən səbəblərə görə tərxisə buraxılmış zabitlərin tibbi təminatı bizim üzərimizdədir. Bəzən qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunmaq istəyirlər. Biz də onların hospitallarda müalicə olunmasını istəyirik. Amma qanunlar var, həmin qanunlara görə onların müalicəsini təşkil edə bilmirik. Bizim təminatımızda olan qazilərin müalicəsini təşkil edirik”, - polkovnik qeyd edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


