BMT rəsmisi: “Minalar təhlükə mənbəyidir”

    BMT rəsmisi: “Minalar təhlükə mənbəyidir”
  05 Aprel 2021    Oxunub:1762
Minalar təhlükə mənbəyidir, biz bu təhlükənin aradan qaldırılması üçün birgə çalışmalıyıq.

Azvision.az xəbər verir ki, bunu BMT rezident nümayəndəsinin müavini Çaru Bist Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.
Onun sözlərinə görə, BMT minaların təmizlənməsi ilə bağlı uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir.

“Biz birlikdə əməkdaşlıq etməliyik ki, mina təhlükələrini aradan qaldıraq. Ümid edirik ki, hökumət, BMT qurumları və digər təşkilatlar arasında minalardan təmizlənmə istiqamətində əməkdaşlıq bundan sonra da davam edəcək. Biz ANAMA ilə əməkdaşlıq edirik. Ötən illər ərzində səmərəli əməkdaşlıq etmişik və qarşıdan gələn müddət ərzində də texniki ekspertiza, avadanlıqlar və digər istiqamətlərdə Azərbaycana dəstək göstərməkdə davam edəcəyik”, - deyə BMT qeyd edib.

Azvision.az


Teqlər: BMT   Nümayənd   Mina   Təhülkə  






Xəbər lenti