15 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən İmişli rayon sakini E.Vəliyev, Şabran rayon sakini R.Ağamirzəyev və Bərdə rayon sakini Ə.Məmmədova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq. Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq.
Gəlin hamımız gözəgörünməz düşmən üzərində qələbəyə xidmət edək.
Azvision.az
Teqlər: DİN Koronavirus