3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə gəlmədən protezlər hazırlanıb. Layihə çərçivəsində Türkiyəyə gətirilən ilk protez qaziyə aeroportda taxılıb. Hava limanında protezini alan qazi daha sonra oteldə ayağa qalxaraq yeriməyə başlayıb.
Qazilərin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra Vətənə qayıtmaları təmin ediləcək. Bu günə qədər bir çox ölkənin vətəndaşlarını ortez-protezlə təmin edən Beynəlxalq Həkimlər İttifaqı (AID) rəsmiləri son həftələrdə qardaş ölkə Azərbaycan üçün müvafiq tədbirlər görərək protez ehtiyaclarını təyin etmək üçün Azərbaycana səfərlər həyata keçiriblər.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


