`Araz-Naxçıvan` uddu

`Araz-Naxçıvan` uddu
  01 Mart 2014    Oxunub:1368
Martın 1-də Azərbaycanın futbol üzrə I Divizionunun 19-cu turu çərçivəsində “Araz-Naxçıvan” komandası Tovuzun “Turan-T” kollektivini qəbul edib.
Naxçıvan Muxtar Respublikasının stadionunda qarşılıqlı hücumlar şəraitində keçən görüş “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda “Araz-Naxçıvan” komandasının heyətində Fərid Quliyev fərqlənib.

Hesabında 52 xal olan “Araz-Naxçıvan” komandası turnir cədvəlindəki liderliyini davam etdirir.


Teqlər:  





Xəbər lenti