Zaur Mikayılov ilk iclasını keçirdi, tapşırıqlar verdi
20 Aprel 2021
Oxunub:1907
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi və tabeli idarələrin iştirakı ilə ölkə prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası və suvarma mövsümünə hazırlıqla bağlı videokonfrans keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, sədr vegetasiya suvarma mövsümünə başlanılması ilə əlaqədar konkiret tapşırıqlar verib və fəaliyyət istiqamətləri müəyyənləşdirib.