“20 Yanvar” istiqamətində qəzalar sıxlıq yaratdı

“20 Yanvar” istiqamətində qəzalar sıxlıq yaratdı
  01 May 2021    Oxunub:3074
Hazırda paytaxtın Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sıxlığa səbəb prospektdə 20 Yanvar dairəsi istiqamətində iki yerdə baş verən yol nəqliyyat hadisəsidir: “Qəzalardan biri Çermet körpüsü adlanan hissədə, digər isə Atatürk prospekti ilə kəsişmədə baş verib”.

Azvision.az


Teqlər: BNA   Qəza  





Xəbər lenti