Karateçilərimiz Lissabonda 2 medal qazandı

Karateçilərimiz Lissabonda 2 medal qazandı
  03 May 2021    Oxunub:2832
Azərbaycan yığması Portuqaliyanın paytaxtı Lissabonda başa çatan Karate1 Premyer Liqa turnirində 2 medal qazanıb.
Azvision.az -ın məlumatına görə, 84 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Asiman Qurbanlı gümüş medal qazanıb. Onun Gürcüstan təmsilçisi ilə final görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibə verilib.

Bundan əlavə, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək bürünc medala sahib olub.

Azvision.az


Teqlər: Karate  





Xəbər lenti