“Uoll Stritli Canavar” filmindən Leonardo Di Kaprio Cordan Belfort rolunda

Cordan Belfort şübhəli üsullarla uğur qazanan keçmiş brokerdir. O, “Uoll Stritli Canavar” adlı xatirələr kitabında narkotika, pul və qadın dolu həyatının yüksəliş və enişlərindən bəhs edib.
“12 ilin qulu” filmindən Çivetel Eciofor Solomon Nortap rolunda

Solomon Nortap Nyu-York şəhərində yaşayan azad afroamerikalıların ailəsində anadan olub. Lakin onu skripkada ifası üçün dəvət edən şəxslər yalan yolla kölə kimi satırlar. 12 il ərzində Solomon ailəsindən uzaqda ağır şəraitdə yaşayır.
“Amerikasayağöı fırıldaq” filmindən Kristian Beyl İrvinq Rozenfeld rolunda

Mel Uaynberq fırıldaqçı, həm də Federal Təhqiqatlar Bürosunun informatoru olub. Uaynberqin iştirak etdiyi və büronun hazırladığı “Abskam” adlı əməliyyat əvvəllcə oğurlanmış krediq kartlarının satışını dayandırmaq üçün başlansa da sonradan siyasi dairələrdəki korrupsiya faktlarının ifşası ilə nəticələnmişdir.
“Kapitan Fillips” filmindən Tom Henks Riçard Fillips rolunda

Riçard Fillips 2009-cu ildə Somali dəniz quldurları tərəfindən ələ keçirilən “Maersk Alabama” gəmisinin kapitanı olub. Gəmini tərk edərkən dəniz quldurları onu da özləri ilə girov aparmışdılar. Lakin sonradan xüsusi əməliyyatla o, girovluqdan azad olunmuşdu.
“Dallas alıcılar klubu” filmindən Metyu Makkonaxi Ron Vudruf rolunda

1986-cı ildə Ron Vudrufa dəhşətli “QİÇS” diaqnozu qoyulur. Lakin taleyi ilə barışmaqdansa, o, bəziləri qanunsuz sayılan dərmanlarla təcrübə keçirməyə başlayır. Vudruf “QİÇS” xəstəliyindən əziyyət çəkən pasientlərə qeyri-leqal dərman satan “Dallas alıcılar klubu” adlı təşkilat yaradır.
“Filomena” filmindən Cudi Denç Filomena Li rolunda

Filomena Li hamilə qalanda 18 yaşı var idi və övladını başqa ailəyə övladlığa verməyə məcbur olur. Lakin 50 il sonra britaniyalı jurnalistin köməyi ilə o, övladını tapmaq qərarına gəlir.
Mirvari Nəcəf
Vüqar İsmayılov







Vaxtında, Aydın, Lazımlı!


