FHN-in mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 7 nəfər xilas edilib, o cümlədən 1 azyaşlının barmağında qalmış metal halqa xilasedicilər tərəfindən müvafiq qaydada çıxarılıb.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az