Paşinyanın kortejindəki qəzada yaralanan şəxsin vəziyyəti ağırdır

Paşinyanın kortejindəki qəzada yaralanan şəxsin vəziyyəti ağırdır
  10 May 2021    Oxunub:1931
İrəvanda Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın kortejinə daxil olan avtomobilin törətdiyi qəzada xəsarət alan vətəndaşın vəziyyəti ağır olaraq qalır.
Azvision.az xəbər verir ki, bu barədə “Qerasi” xəstəxana kompleksinin mətbuat katibi Şuşan Danielyan bildirib.

Danielyanın sözlərinə görə, xəstənin boyun hissəsində, onurğasında ciddi sınıq və xəsarətlər var, hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın korteji qəzaya düşüb. Hadisə paytaxt İrəvanda baş verib.

Məlumata görə, “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti