Spikerin İtaliyaya səfəri başlayır

Spikerin İtaliyaya səfəri başlayır
  17 May 2021    Oxunub:1788
Bu gündən başlayaraq Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olacaq.
Azvision.az xəbər verir ki, rəsmi səfər mayın 17-dən 19-dək davam edəcək.

Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin Sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.

Nümayəndə heyətimizin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   Spiker   İtaliya   Səfər  






Xəbər lenti