“Tahir Salahovun vəfatını kədərlə qarşılayırıq” - Fransa səfirliyi

 “Tahir Salahovun vəfatını kədərlə qarşılayırıq” -  Fransa səfirliyi
  21 May 2021    Oxunub:1400
Fransanın Azərbaycandakı səfirliyi görkəmli rəssam Tahir Salahovun vəfatı ilə bağlı başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat paylaşılıb.

"Fransa səfirliyi Azərbaycanın məşhur rəssamı Tahir Salahovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır. Tahir Salahov 2015-ci ildə Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilib. Səfirlik rəssamın ailəsinə və yaxınlarına başsağlığı verir".

Qeyd edək ki, Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib. 93 yaşlı rəssam Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Səfirlik  






Xəbər lenti