Gəncə Apellyasiya Məhkəməsinə 2 hakim təyin edildi
Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilib.
Təklif edilib ki, Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunsun.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Gəncə Apellyasiya







Vaxtında, Aydın, Lazımlı!


