“Azərbaycan sərhədlərin təmin edilməsində israrlıdır” - Spiker

“Azərbaycan sərhədlərin təmin edilməsində israrlıdır” -  Spiker
  21 May 2021    Oxunub:1577
Bu günlərdə Azərbaycan nümayəndə heyəti İtaliyada səfərdə olduq. Hazırda ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. 2018-ci və 2020-ci illərdə Azərbaycan və İtaliya dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafında mühüm rol oynayır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Spiker rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən İtaliya rəsmiləri ilə geçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən ətraflı söhbət edildiyini diqqətə çatdırıb.

"Bu yaxınlarda ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olublar və ermənilərin törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər. Beynəlxalq ictimaiyyət erməni vəhşiliyi barədə tədbir görməlidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsindən sonra Qarabağ münaqişəsinə son qoyulub və işğaldan azad edilmiş ərazilərdə bərpa, quruculuq işləri aparılır. Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq, demarkasiya və delimitasiya məslələrini həyata keçirir. Üçtərəfli bəyanatın tələblərini yerinə yetirən Azərbaycan dövlət sərhədlərinin təmin edilməsində israrlı və əzmlidir”.

Azvision.az


Teqlər: Spiker   Sahibə-Qafarova  






Xəbər lenti