Milli Məclis beynəlxalq sazişi təsdiqlədi

Milli Məclis beynəlxalq sazişi təsdiqlədi
  21 May 2021    Oxunub:1017
Milli Məclis Azərbaycan Respublikası ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasındakı sazişi təsdiq edib.
Azvision.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Sazişin təsdiq edilməsi haqqında Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Milli-Məclis   İclas  






Xəbər lenti