Onların mənzilləri tarixi abidə sayılacaq

Onların mənzilləri tarixi abidə sayılacaq
  21 May 2021    Oxunub:1298
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli qəhrəmanlarının və Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vətən-Müharibəsi   Qəhrəman  






Xəbər lenti