"Təhsil sahəsində əməkdaşlığımız sürətlə inkişaf edir" - Səfir

"Təhsil sahəsində əməkdaşlığımız sürətlə inkişaf edir" -  Səfir
  21 May 2021    Oxunub:1655
Azərbaycan Təhsil Nazirliyi ilə British Council arasında təhsil fəaliyyət planının imzalanması mərasimi olub.
Azvision.az xəbər verir ki, mərasimdə Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stüart və səfir Ceyms Şarp iştirak ediblər.

Səfir Şarp bununla bağlı bildirib: “Təhsil sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan Təhsil Nazirliyi ilə British Council arasında təhsil fəaliyyət planının imzalanması Azərbaycanda keyfiyyətli təhsilin təmin olunmasına dəstək vermək üçün daha çox Britaniya təcrübəsini gətirəcək”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: BöyükBritaniya   Səfir   Təhsil  






Xəbər lenti