Azərbaycanın xarici ticarət dövriyyəsi 4,9 faiz artıb
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 66,5 faizini avtomobil, 18 faizini dəmir yolu, 11,7 faizini hava, 3,5 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 0,9 faizini Rumıniyaya, 0,5 faizini Avstraliyaya, hər biri 0,4 faiz olmaqla Tunis, ABŞ və Yunanıstana, 2,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Bu ilin yanvar-mart aylarında ixracın 86 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,4 faizini avtomobil, 4,1 faizini dəmir yolu, 1,2 faizini hava, 0,3 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.
Azvision.az
Teqlər: DSK







Vaxtında, Aydın, Lazımlı!


