Ölkəmizdə neçə nəfər peyvənd olunub?

   Ölkəmizdə neçə nəfər peyvənd olunub?
  21 May 2021    Oxunub:1521
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 102 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 709 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 924 805, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 089 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 834 919 nəfərə çatıb.



Azvision.az


Teqlər: Peyvənd  






Xəbər lenti