Şuşada Dövlət Qoruğu yaradılır

 Şuşada Dövlət Qoruğu yaradılır
  21 May 2021    Oxunub:2344
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, Şuşa şəhəri Dövlət Qoruğu Şuşada Xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə ediləcək.

Bundan əlavə, Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

Azvision.az


Teqlər: Şuşa  






Xəbər lenti