Milli Məclisdə Şuşa müzakirə olunacaq

 Milli Məclisdə Şuşa müzakirə olunacaq
  22 May 2021    Oxunub:2321
Milli Məclisin mayın 25-də keçiriləcək növbəti plenar iclasında Şuşa şəhəri ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
Azvision.az xəbər verir ki, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) parlamentin iclasının gündəliyinə daxil edilib.

Plenar iclasda ümumilikdə 18 məsələyə baxılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Plenar  






Xəbər lenti