Vaksinasiya barədə təbliğat kampaniyasına başlanıldı - VİDEO

 Vaksinasiya barədə təbliğat kampaniyasına başlanıldı -  VİDEO
  22 May 2021    Oxunub:2177
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.

Azvision.az xəbər verir ki, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə — vaksinasiyaya yönəltməkdir.
Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Kampaniya çərçivəsində işıq üzü görən ilk videoçarx toy mərasimi haqqındadır. Təbliğat kampaniyasının şüarı "Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq"dır.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.



Azvision.az


Teqlər: Vaksinasiya  






Xəbər lenti