Şəhid Pərviz Nağıyev Tovuzda dəfn olundu

   Şəhid Pərviz Nağıyev Tovuzda dəfn olundu
  22 May 2021    Oxunub:4056
Vətən müharibəsində şəhid olan hərbçimiz dəfn olunub.
Azvision.az xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlu doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, P.Nağıyev 2020-ci ilin sentyabr ayında Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Respublika Hərbi Prokurorluğunun bu gün yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Azvision.az


Teqlər: Şəhid   Dəfn   Tovuz  






Xəbər lenti