ABŞ nümayəndə heyəti Şahbulaq qalasında - YENİLƏNİB

 ABŞ nümayəndə heyəti Şahbulaq qalasında -  YENİLƏNİB
  22 May 2021    Oxunub:6050
ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti erməni işğalından azad olunmuş Ağdam şəhərində səfərdədir.

Azvision.az xəbər verir ki, qonaqlar əvvəlcə Ağdam şəhərindəki Cümə məscidini ziyarət ediblər. Onlar şəhərin tarixi və vandalizmə məruz qalmasını əks etdirən fotostendlə tanış olublar.
ABŞ-dan gələn nümayəndə heyəti daha sonra Pənahəli xanın sarayına baş çəkib. Mərkəzin təmsilçilərinə ermənilərin törətdikləri vandalizm aktları barədə məlumat verilib.

Amerikalı nümayəndələr Şahbulaq qalasında da olublar. Həmçinin Ağdam Tarix Diyarşünaslıq Mizeyindən gətirilən eksponatlar ziyarətçilərə nümayiş etdirilib.

Səfər zamanı qonaqların İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şəhidlər xiyabanı ilə tanış olması nəzərdə tutulub.

Hazırda səfər davam edir.



Azvision.az


Teqlər: ABŞ   Qarabağ  






Xəbər lenti