“Türkiyə ilə birgə təlimlər strateji əhəmiyyətə malikdir” - Deputat
Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib.
Deputat Vüqar Bayramov təlimin əhəmiyyəti barədə Azvision.az -a bildirib ki, Vətən müharibəsinin bitməsinə rəğmən, ordumuzun beynəlxalq standartlara uyğun daha da gücləndirilməsi prioritet olaraq qalır.
Onun sözlərinə görə, bu baxımdan, qardaş Türkiyə ilə birgə təlimlər vasitəsilə bu sahədə əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyətə malikdir.
"NATO üzvü olan Türkiyə ordusu gücünə görə dünyanın aparıcı orduları sırasındadır. Aktiv ordu üzvlərinin sayına görə Türkiyə NATO-da ABŞ-dan sonra ikincidir. Statistik məlumata görə, 2020-ci ildə qardaş ölkədə hərbi personal 437 mindən çox olub. Qardaş ölkənin illik hərbi xərcləri 20 milyard dollardan çox qiymətləndirilir. Əməkdaşlığımız və birliyimiz daimi olsun!", - deputat vurğulayıb.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Azərbaycan Türkiyə Təlim Deputat







Vaxtında, Aydın, Lazımlı!


