“İstəyirik ki, Azərbaycan və Ermənistan arasında sülh yaransın” - Robert Sekuta
Səfərin yekunları barədə açıqlama verən R.Sekuta bildirib ki, Ağdama gəlməzdən əvvəl dağıntılar haqqında eşitmişdi: “Lakin bura gəldikdən sonra dağıntının miqyasının geniş olduğunu gördüm. Bu, insanı heyrətləndirir, buna baxmayaraq, ümidlər var. Bir neçə gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə keçirilən müzakirələrdə Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulmasına kömək etmək üçün ABŞ-ın hansı rolu oynaması və sülhü necə inkişaf etdirmək haqqında sual verdim. Əlbəttə, bu işlər bir az vaxt alacaq. Çünki bu iş səbir tələb edir, lakin istəyirik ki, Azərbaycan və Ermənistan xalqları arasında onların layiq olduğu sülh yaransın”.
Robert Sekuta gələcəyə çox böyük ümidlərinin olduğunu bildirib. “İstəyirəm ki, yenə buraya gələk və ABŞ tərəfi olaraq hər iki xalq arasında sülh yaradaq. Biz bunu dünyanın başqa yerlərində də etmişik. Düşünürük ki, burada oynadığımız rol çox vacib və yaxşı olacaq”, - deyə o, əlavə edib. (AzərTAc)
Azvision.az
Teqlər: RobertSekuta







Vaxtında, Aydın, Lazımlı!


