“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirildi - VİDEO

“Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirildi -    VİDEO
  24 May 2021    Oxunub:2454
Mayın 24-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” növbəti hərbi rütbəsi verilməsi münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.



Gənc zabitlər də, öz növbəsində, kurs müddətində aldıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz veriblər.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara “leytenant” poqonları və sertifikatlar təqdim edilib.
Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.





Azvision.az


Teqlər: Ehtiyat   Zabit   Hazırlıq   Kurs  





Xəbər lenti