Ceyhun Bayramov Avstriyaya getdi

Ceyhun Bayramov Avstriyaya getdi
  25 May 2021    Oxunub:1390
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  






Xəbər lenti