Dünya Çempionatı Rusiyada keçirilməyə bilər

Dünya Çempionatı Rusiyada keçirilməyə bilər
  08 Mart 2014    Oxunub:793
Amerikalı senatorlar 2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının Rusiyadan alınmasını təklif edir.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu təkliflə senatorlar Mark Kerk və Den Kouts çıxış ediblər.

Onlar FİFA prezidenti Zepp Blaterə məktub ünvanlayaraq Rusiya yığmasını DÇ-214-dəki iştirakını dondurmağa və 2018-ci ildə Rusiyanın ev sahibliyi edəcəyi Dünya Çempionatının başqa ölkəyə verilməsini irıəli sürüblər.

Kerk və Kouts öz məktublarında Rusiyanın Ukraynaya qarşı aqressiyasının FİFA-nın prinsiplərinə zidd olduğu xatırladıblar. “İsətnilən ölkəyə yaxud qrupa qarşı diskriminasiya qadağandır və həmin ölkənin təşkilata üzvlüyünün dondurulmasını yaxud ləğvini nəzərdə tutu”-deyə senatorlar FİFA nizamnaməsinin 3-cü müddəasına istinadən ediblər.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti