Mina təhlükəsizliyinə dair təlimlərə başlandı
Təlimləri uğurla başa çatdıran məktəblilərə Qobu park yaşayış kompleksində yerləşən “Xarı Bülbül” sənət mərkəzində çalışan məcburi köçkünlər tərəfindən hazırlanmış hədiyyələr təqdim edilib.
Mina təhlükəsinə qarşı müdafiə təlimləri iyunun 2-də Tərtər, iyunun 3-də Füzuli rayonlarında davam etdiriləcək. Təlimlərə müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş əhali qrupları cəlb ediləcək. Üç sessiyadan ibarət olacaq hər bir təlimin iştirakçıları risklər və təhlükəsiz davranış haqqında maarifləndiriləcək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat veriləcək, minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları öyrədiləcək.
Xatırladaq ki, Dövlət Komitəsi 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edib. Maarifləndirici xarakter daşıyan, praktiki məşğələlərdən ibarət olan və iştirakçılar tərəfindən müsbət qarşılanan mülki müdafiə təlimlərinin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
Azvision.az
Teqlər: Mina Təhlükəsizlik Təlim