“Xəzər dənizi səviyyəsinin azalması kritik həddə çatıb” - Nazir

“Xəzər dənizi səviyyəsinin azalması kritik həddə çatıb” -    Nazir
  03 İyun 2021    Oxunub:1548
Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri Maqzum Mirzaqaliyev Xəzər dənizinin səviyyəsinin azalmasının kritik olduğunu açıqlayıb.
Azvision.az xəbər verir ki, Xəzər dənizinin xüsusi diqqət tələb etdiyini bildirən nazir 2006-cı ildən dəniz səviyyəsində azalma müşahidə olunduğunu, 2020-ci ilə qədər dəniz səviyyəsinin Baltik koordinat sisteminə görə 28,23 metrə çatdığını deyib.

Onun sözlərinə görə, dəniz səviyyəsindəki azalma mənfi 28,5 metrə çatıb ki, bu da Xəzər dənizinin ekosisteminin qorunmasına təsir göstərir.

M. Mirzaqaliyev bu vəziyyətin, xüsusən Qazaxıstan sektorunda Xəzər dənizinin sahil xəttinin mövqeyinin dəyişməsinə səbəb olduğunu da qeyd edib.

Azvision.az



Teqlər: Xəzər   Dəniz  






Xəbər lenti