Müharibə əlilləri bu rüsumlardan azad edilir

 Müharibə əlilləri bu rüsumlardan azad edilir
  04 İyun 2021    Oxunub:1491
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra güzəştlər müəyyənləşdirilir.
Azvision.az -ın məlumatına görə, bununla bağlı “Dövlət rüsumu” haqqında qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri və şikayətlərin hüquqi əhəmiyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, o cümlədən mənzil (ev) alqı-satqısı zamanı notariat hərəkətlərinin aparılması ilə əlaqədar dövlət rüsumundan azad edilirlər.

Azvision.az


Teqlər: Müharibə-əlilləri  






Xəbər lenti