"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə qırğız xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
|
| İlham Əliyev Slovakiya prezidenti ilə görüşüb |
Biz Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk, birgə fəaliyyətimizin daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə ümid bəsləyirik.
Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığın indiki dinamikası müxtəlif sahələrdə Qırğızıstan-Azərbaycan münasibətlərinin daha tam üzə çıxmasına kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və sülh arzu edirəm. Ümidvaram ki, əməkdaşlığımız davam edəcək".
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


