“Evdə bu torbalardan istifadə qadağan deyil” - ETSN

“Evdə bu torbalardan istifadə qadağan deyil” -  ETSN
  08 İyun 2021    Oxunub:691
Yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib. Monitorinqlər göstərir ki, heç bir satış məntəqəsində həmin qalınlıqda paketlərdən istifadə edilmir və satılmır.
Bunu Azvision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, qadağanın ətraf mühitə təsirləri barədə araşdırma aparılır:

"Bunun üçün müəyyən müddət keçməlidir, amma tendensiya izlənilir. Bərk məişət tullantılarının toplanıldığı yerdə həmin paketlərin miqdarı azalıb. Hələ də tullantıların içərisində həmin paketlərin olmasına səbəb insanların evlərində yanvarın 1-ə qədər aldıqları plastik torbalardan istifadə etməsidir. Evdə bu torbalardan istifadə qadağan deyil".

Aytən zəhra
Azvision.az


Teqlər: Torba   Plastik  





Xəbər lenti