Ceyhun Bayramovdan 15 iyun paylaşımı

Ceyhun Bayramovdan 15 iyun paylaşımı
  15 İyun 2021    Oxunub:1372
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
Azvision.az xəbər verir ki, nazirin Tvitter paylaşımında deyilir:

"Bütün azərbaycanlılar üçün böyük məna daşıyan 15 iyun tarixini, həyatını Azərbaycan xalqının rifahına həsr edən, hər zaman qəlbi Azərbaycan ilə döyünən Ulu Öndər Heydər Əliyevin böyük inamla dilədiyi ərazi bütövlüyümüzün bərpası ilə qarşılayırıq! Milli Qurtuluş Günümüz Mübarək!", - C.Bayramov qeyd edib .

Qeyd edək ki, 15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CeyhunBayramov  






Xəbər lenti