Serbiya Qarabağın bərpasında iştirak etmək istəyir

Serbiya Qarabağın bərpasında iştirak etmək istəyir
  15 İyun 2021    Oxunub:1311
Serbiya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa-tikinti prosesində iştirak etməyə hazırdır.

Bunu Azvision.az-a müsahibəsində Serbiya Respublikasının Azərbaycandakı yeni səfiri Draqan Vladisavlyeviç bildirib. Onun sözlərinə görə, Serbiya şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirməkdə maraqlıdır.
“Serbiya şirkətləri Azərbaycan bazarında varlıqlarını əhəmiyyətli dərəcədə artırmağa hazırdır və belə istəkləri var. Buna görə önümüzdəki dövrdə səfirliyimiz ölkələrimizin şirkətləri arasında işgüzar əlaqələrin qurulması, onların potensialının müəyyən edilməsi istiqamətində iş aparacaq, sonra bunlar praktikada tam həyata keçiriləcək. Serbiya Respublikası demək olar ki, bütün sahələrdə - dünya səviyyəli xidmətlər göstərən şirkətləri ilə həqiqətən fəxr edə və bu xidmətləri çox uyğun qiymətlərlə təklif edə bilər”, - deyə səfir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfir   Qarabağ  






Xəbər lenti