İzləyicisini döyən “Zevs” həbs edildi

İzləyicisini döyən “Zevs” həbs edildi
  15 İyun 2021    Oxunub:6162
İzləyicisini döyərək görüntülərini "Youtube" kanalında paylaşan “Zevs” kimi tanınan yutuber Ruslan Quliyev həbs edilib.
Azvision.az -ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Bakı şəhər sakini Ruslan Quliyev hadisədən sonra müəyyən edilərək saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, Ruslan Quliyev özünün "Youtube" kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra izləyicini vurub

Azvision.az


Teqlər: DİN  






Xəbər lenti