“Qarabağın hər yerinə hüzur hakim olub” - Türkiyə lideri

 “Qarabağın hər yerinə hüzur hakim olub” -  Türkiyə lideri
  16 İyun 2021    Oxunub:1936
Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, bu zəfərdən kimsə rahatsız olmasın, çünki bu zülmün deyil, sülhün zəfəridir:

"Qarabağın hər küncünə hüzur hakim olub. Azərbaycanlı qardaşlarımız yuvalarına dönəcək. Gələcəkdə buraya yenə gələndə azərbaycanlı qardaşlarımızın öz doğma yurdlarına qayıtmasını görmək bizi şad edəcək. Hazırda yollar sürətlə tikilir, infrastruktur bərpa olunur və bizlər də bölgədə məktəb, xəstəxana və buna bənzər bir çox binalar tikəcəyik".

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  






Xəbər lenti