"Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi bilindi

"Qarabağ"ın UEFA Konfrans Liqasındakı rəqibi bilindi
  16 İyun 2021    Oxunub:997
"Qarabağ" komandasının UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Azvision.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək. Ağdam təmsilçisi ilk oyununu evdə keçirəcək.

Xatırladaq ki, ötən gün püşkatmada Azərbaycanın digər təmsilçisi “Neftçi”nin UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində rəqibi Gürcüstanın “Dinamo Tbilisi” olub.

Azvision.az



Teqlər: Qarabağ  






Xəbər lenti