Sürücünü döyərək öldürən şəxslər saxlanılıb - DİN
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


